IMG-LOGO

Qeyri-etik davranışlar sərgiləyən Samuel Eto 4 oyunluq diskvalifikasiya edilib

15 Jan 2026 20:14 4 baxış
IMG

Afrika Futbol Konfederasiyası (CAF) Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun diskvalifikasiya edildiyini açıqlayıb.

"Report" CAF-a istinadən xəbər verir ki, Samuel Eto Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində, Kamerun və Mərakeş milli komandaları arasında keçirilən oyunda iqeyri-etik davranışlara yol verdiyi üçün cəzalandırılıb.

Yanvarın 9-da baş tutan qarşılaşma Mərakeş millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Eto matçın baş hakiminin qərarlarından narazı qalıb və bu səbəbdən uyğunsuz hərəkətlər sərgiləyib.

Eto bu davranışına görə dörd oyunluq diskvalifikasiya olunub və 20.000 dollar cərimə edilib.

Xəbər lenti