IMG-LOGO

Bakıda güclü külək nəticəsində 8 ağac aşıb, daha 12-si zədələnib

31 Dec 2025 11:01 4 baxış
IMG

Bakıda güclü külək nəticəsində 8 ağac aşıb, daha 12-si zədələnib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarından bu vaxta qədər paytaxt ərazisində 8 ağac aşıb, daha 12 ağacın budaqları zədələnib.

Hazırda ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.

Xəbər lenti