IMG-LOGO

Niderlandda partlayış böyük yanğına səbəb olub

15 Jan 2026 20:24 5 baxış
IMG

Niderlandın Utrext şəhərinin mərkəzindəki bunların birində baş verən güclü partlayış böyük yanğına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "RTL Utrecht" telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar şəhərdə müvəqqəti xəstəxana açılıb.

Partlayış yerindən çəkilən videolarda xaos və dağıntılar görünür. Bir nəfərin yaralandığı deyilir, lakin bu say arta bilər.

Utrext yanğınsöndürmə xidmətinin nümayəndəsi partlayış və yanğın faktını təsdiqləyib, hazırda hadisənin səbəblərinin məlum olmadığını qeyd edib.

Polis hadisənin təfərrüatlarını araşdırır.

Təhlükəsizlik məqsədilə ərazi mühasirəyə alınıb, şəhərin bir neçə mərkəzi küçəsi bağlanıb. Xilasetmə xidmətləri işlərini davam etdirir.

Xəbər lenti