IMG-LOGO

ATƏT-in Baş katibi Ukrayna üzrə danışıqları bərpa etməyə çağırıb

15 Jan 2026 20:45 5 baxış
IMG

ATƏT-in Baş katibi Feridun Sinirlioğlu diplomatik səylərin Rusiya-Ukrayna münaqişəsinin həllinə müsbət təsir edəcəyinə ümidvardır.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Vyanada keçirilən mətbuat konfransında bildirib.

Baş katib tərəfləri danışıqları bərpa etməyə çağırıb.

"Həm müttəfiqlər və tərəfdaşlar, həm də rəqiblər arasında diplomatik əməkdaşlıq bu gün çox vacibdir. Ümid edirəm ki, davam edən diplomatik səylər müharibəni başa çatdıracaq. Mən tərəfləri danışıqları bərpa etməyə və əsirlərin azad olunması də daxil olmaqla, ikitərəfli etimadı gücləndirmək üçün tədbirlər barədə razılaşmağa çağırıram", - F.Sinirlioğlu deyib.

Onun sözlərinə görə, dialoq və diplomatik əməkdaşlığın bərpası gərginliyin azalması, eləcə də münaqişənin effektiv həllini tapmaq üçün əsas addımdır.

F.Sinirlioğlu qeyd edib ki, ATƏT danışıqlar prosesini dəstəkləməyə və tərəflər arasında etimadı gücləndirmək üçün razılaşmaların icrasına kömək etməyə hazırdır.

Xəbər lenti