IMG-LOGO

ABŞ İranın 11 vətəndaşına qarşı sanksiyalar tətbiq edib

15 Jan 2026 19:39 4 baxış
IMG

ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani də daxil olmaqla, bu ölkənin 11 vətəndaşına qarşı növbəti sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yer alan məlumatda bildirilir.

Məhdudiyyətlər həmçinin İranın bir neçə vilayətindəki SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanlarına da şamil olunub.

Bundan əlavə, müxtəlif ölkələrdən 13 təşkilat da İranla bağlı sanksiya siyahısına daxil edilib.

Xəbər lenti