Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İrana hücum etməməyə və Tehrana xoş niyyətini göstərmək üçün şans verməyə razı salmaq üçün əhəmiyyətli diplomatik səylər göstəriblər.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" Səudiyyə məmuruna istinadən məlumat yayıb.
Onun sözlərinə görə, üç dövlət Vaşinqtonu eskalasiya halında region üçün ciddi nəticələr barədə xəbərdar edib.
Danışıqlar əldə edilmiş etimadı gücləndirmək və müsbət əhval-ruhiyyəni qorumaq üçün davam edir.
D.Tramp daha əvvəl İrana qarşı güc tətbiq etmək fikrini ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.