IMG-LOGO

Aİ ölkələrinə qanunsuz miqrasiya ötən il 26 % azalıb

15 Jan 2026 17:50 3 baxış
IMG

Miqrantların Avropa İttifaqının (Aİ) sərhədlərini qanunsuz keçməsi 2025-ci ildə 2024-cü illə müqayisədə 26% azalıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Aİ-nın xarici sərhədlərin təhlükəsizliyi üzrə "Frontex" agentliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 178 min qanunsuz miqrasiya halı qeydə alınıb.

Bundan əlavə, bu, 2021-ci ildən bəri ən aşağı göstəricidir.

"Frontex"in məlumatına görə, 2025-ci ildə Liviyadan yunan adası Kritə gedən miqrantların sayı üç dəfə artıb, həmçinin 2024-cü illə müqayisədə Əlcəzairdən miqrant axını təxminən 14% artıb.

Eyni zamanda, Qərbi Afrika ölkələrindən (63%), eləcə də Balkan ölkələrindən (27%) miqrant axını əhəmiyyətli dərəcədə azalıb.

Ümumilikdə, qanunsuz miqrasiya hallarının əksəriyyətində Banqladeş, Misir və Əfqanıstan vətəndaşları yer alır.

Xəbər lenti