IMG-LOGO

Bakının iki rayonunda qaz kəsiləcək

15 Jan 2026 16:51 3 baxış
IMG
3 0

Paytaxtın Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılması işləri ilə əlaqədar yanvarın 16-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

qaz olmayacaq

Xəbər lenti