IMG-LOGO

Azərbaycanda 7 vəkilə xəbərdarlıq edilib

15 Jan 2026 09:35 2 baxış
IMG

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə "Report"a kollegiyadan məlumat verilib.

İclasda yol verdikləri pozuntulara görə 7 vəkilə xəbərdarlıq olunub, 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi əməl etmələri tapşırılıb.

Bundan başqa, hakim vəzifəsinə təyin edilən Vəkillər Kollegiyasının 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu, Əliyeva Aytəkin Güləli qızı, Qazıbəyov İbrahim Mehman oğlu, Maxsudova Ülkər Taleh qızı, Mirzəzadə Asim Vilayət oğlu, Mustafayev Cavidan Mustafa oğlu, Səfərli Günel Adil qızı, Süleymanov Cavid Loğman oğlunun fəaliyyətlərinə xitam verilib.

Xəbər lenti