IMG-LOGO

İrandakı hadisələr mərc mövzusuna çevrildi – Xameneinin getməsinə 4.7 əmsal verilir

14 Jan 2026 13:31 4 baxış
IMG
0 0

Son günlər Yaxın Şərqdə, xüsusilə də İran ətrafında artan gərginlik beynəlxalq mərc bazarlarının da diqqətini cəlb edib.

Lent.az xəbər verir ki, məşhur bukmeker platformalarından biri İranla bağlı mümkün siyasi və hərbi ssenarilər üzrə xüsusi mərclər açıb.

Mərc siyahısında ABŞ və İsrailin İrana mümkün hücumu, eləcə də İranın ali dini lideri Ayətullah Əli Xameneinin hakimiyyətdən gedib-getməyəcəyi ilə bağlı suallar yer alıb.

Açılan mərclər arasında aşağıdakı başlıqlar diqqət çəkir:

ABŞ İrana nə vaxt hücum edəcək?

Ayətullah Əli Xamenei 31 yanvara qədər İranın ali dini lideri postunu tərk edəcəkmi?

İsrail 31 yanvara qədər İrana hücum edəcəkmi?

Xamenei 31 martadək dini liderlikdən gedəcəkmi?

Xamenei İranı nə zaman tərk edəcək?

Bukmeker kontorunun təqdim etdiyi əmsallara görə, Xameneinin 31 yanvara qədər İranı tərk etməsi ehtimalına 4.76 əmsal müəyyən edilib. Bu o deməkdir ki, bu ssenariyə 100 dollar mərc edən şəxs baş verəcəyi təqdirdə 476 dollar qazanc əldə edə bilər.

Eyni zamanda, İsrailin 31 yanvara qədər İrana hücum edəcəyi ehtimalına 2.43 əmsal verilib. Bu da mərc bazarlarında hərbi eskalasiya riskinin kifayət qədər yüksək qiymətləndirildiyini göstərir.

ABŞ İran ABŞ İrana hücum edəcək İran hhadisələri Mərc Qumar İran hadisələri mərcə çevrildi

Xəbər lenti