IMG-LOGO

UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini rədd edib

14 Jan 2026 02:13 3 baxış
IMG

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ofsayd qaydasının dəyişdirilməsi təklifini rədd edib.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Daha əvvəl İspaniyanın "AS" qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarını dəyişdirməyi nəzərdən keçirəcəyini bildirmişdi.

Hazırda, hücum edən oyunçunun qol vura biləcək bədəninin hər hansı bir hissəsi, ötürmə anında rəqibin qapısına qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçi oyunçudan daha yaxındırsa, ofsayd hesab olunur.

Daha əvvəl Beynəlxalq Futbol Federasiyasında (FİFA) qlobal futbolun inkişafı üzrə rəhbər vəzifəsini tutan "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger aşağıdakı dəyişikliyi təklif etmişdi: Əgər bədənin qol vura bilən hər hansı bir hissəsi sonuncudan sonrakı müdafiəçinin xəttində və ya arxasındadırsa, oyunçu ofsaydda deyil.

Xəbər lenti