IMG-LOGO

Qazaxda minik avtomobili "TIR"a çırpılıb, ölən var

13 Jan 2026 22:29 4 baxış
IMG

Qazaxda minik avtomobili "TIR"a çırpılıb, ölən var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazaxbəyli kəndində qeydə alınıb.

Yol qəzası nəticəsində minik avtomobilinin sürücüsü Salmanov Kamran Osman oğlu həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti