IMG-LOGO

Şirvanda quşçuluq təsərrüfatına məxsus tikili yanıb

13 Jan 2026 22:59 3 baxış
IMG

Şirvan şəhərində quşçuluq təsərrüfatına məxsus tikili yanıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakininə məxsus tikilidə naməlum səbəbdən anidən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən və canlı qüvvə çəlb edilib. Yanğının qısa zamanda söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın söndürülən zaman tikilidə quş olmayıb.

Xəbər lenti