Türkiyəli aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub.
Lent.az xəbər verir ki, məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılan aktrisa və müğənni Emel Müftüoğlu ilə aktyor Oktay Kaynarca, ölkədən çıxışlarına qadağa tətbiq olunmaqla azadlığa buraxılıblar.
Qeyd edək ki, aktyorun vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.
***
19:23
Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq tədbirləri çərçivəsində saxlanılan tanınmış şəxslər əməliyyatlardan sonra ədliyyəyə gətirilib və Sülh Cəza Hakimliyinə təqdim olunublar.
Oktay Kaynarca saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.
***
12:34
Türkiyəli tanınmış aktyor Oqtay Kaynarca saxlanılıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, o, tanınmış şəxslərə qarşı aparılan "Narkotik işi" çərçivəsində saxlanılıb.
Oktay Kaynarca, onunla birgə saxlanılan Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya barəsində istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq, fahişəliyə cəlbetmə yaxud fahişəlik üçün vasitəçilik etmək, qumar oynamaq üçün yer və imkan yaratmaq cinayətlərindən birini və ya bir neçəsini törətməkdə şübhəli bilinirlər.
Oqtay Kaynarca