İlk türk astronavt Alper Gezeravcının kosmosa yanvarın 18-nə nəzərdə tutulan uçuşu yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49-a təxirə salınıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır açıqlama verib.
Nazir bu müddət ərzində buraxılışdan əvvəlki texniki yoxlamaların başa çatdırılmasının planlaşdırıldığını deyib.
***
22.01
Yanvarın 17-dən 18-nə keçən gecə Türkiyə vaxtı ilə saat 00:11-də ilk türk astronavt kosmosa ilk uçuşunu edəcək. Bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürur ifadəsi kimi qiymətləndirilir.
Lent.az xəbər verir ki, bu tarixi uçuş ölkənin dörd bir yanında izlənəcək. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep kimi bir çox şəhərlərdə keçiriləcək tədbirlərlə bölüşəcəklər.
Uçuş haqqında fikirlərini paylaşan astronavt Alper Gezeravcı deyib: “Biz gələcək nəsillərimizin özlərinə inamını yüksəldəcək və arzularına heç bir məhdudiyyət olmadığını göstərəcək çox dəyərli bir missiyaya qədəm qoyuruq”.
Türkiyənin Mersin vilayətinin Silifke rayonunda 1979-cu ildə dünyaya gələn Gezeravcı Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il Türk Hava Yollarında kapitan pilot vəzifəsində çalışıb.