Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanovun cəzası azaldılıb.
"Report" un məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Qərara əsasən, onun cəzası 6 il 6 aydan 6 ilə endirilib.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra apellyasiya protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Məlikməmməd Qurbanovun cəzasını 2 il 6 ay çoxaldıb.
Apellyasiya məhkəməsi Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlamışdı.