"Kəpəz" heyətinə gürcüstanlı futbolçu qatıb.
Bu barədə "Report"a Gəncə təmsilçisindən məlumat verilib.
Mate Abuladze ilə mövsümün sonunadək müqavilə imzalanıb.
25 yaşlı müdafiəçi mövsümün ilk yarısında ölkəsinin "Samqurali" komandasının formasını geyinib.