IMG-LOGO

Bakıda arvadını öldürən Əfqanistan vətəndaşına 16 il HƏBS

13 Jan 2026 16:38 5 baxış
IMG
1 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Səməndər Səfayinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Səməndər Səfayinin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə S. Səfayinin 16 il azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, 2024-cü ilin 9 iyulunda paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon Prokurorluğunun apardığı araşdırmalara görə, zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Hadisələr

Xəbər lenti