Fransanın "Ayaçço" klubunun keçmiş prezidenti Alen Orsoni anasının dəfn mərasimi zamanı öldürülüb.
Lent.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, hadisə yanvarın 12-də Veroda baş verib. 71 yaşlı Orsoni dəfn mərasimində iştirak edib. O, tək güllə ilə hadisə yerində ölüb.
Alen Orsoni 2008-ci ildən 2015-ci ilə qədər və yenidən 2022/2023 mövsümündə "Ayaçço"nun prezidenti vəzifəsində çalışıb.
Alen Orsoni "Ayaçço" klubunun prezidenti dəfn güllələnmə