IMG-LOGO

İrandan gələn kələm yükü gömrükdə saxlanıldı - Arasına narkotik də büküblər

13 Jan 2026 12:09 5 baxış
IMG
0 0

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.

Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm” formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.

Hadisələr İran kələmi kələm yükü

Xəbər lenti