IMG-LOGO

Dünyanın ən böyük telefon istehsalçısı – DƏYİŞDİ

17.01.2024 15:42 68 baxış
IMG

Qlobal smartfon bazarının aparıcı istehsalçısı dəyişib.

Lent.az xəbər verir ki, artıq “Apple” qlobal smartfon bazarına 20,1 faiz payla başçılıq edir. 

2023-cü ilin sonunda ən böyük smartfon istehsalçısı “Apple olub” , bazara 234,6 milyon ədəd cihaz satışa çıxarıb və 20,1 faiz pay alıb. Hesabatda ABŞ İT nəhənginin 3,7 faiz artımla yaxşı bir il keçirdiyi və buna görə də bazara liderlik etdiyi bildirilir. Keçmiş lider “Samsung” 226,6 milyon smartfon sataraq 19,4 faiz pay əldə edib. Xiaomi 145,9 milyon cihaz istehsal edərək 12,5 faiz payla üçüncü yerdədir .

İlk beşliyə Çinin “Oppo” və “Transsion” şirkətləri də daxil olub. Onlar birlikdə 16,9 faiz pay alıblar. Qalan brendlər daşınmaların 31 faizini təşkil edib. IDC mütəxəssisləri həmçinin şirkətlərin bazara təqdim etdiyi smartfonların ümumi sayını 1,166 milyard ədəd adlandırıblar.

“Apple” təkcə ilk üçlükdə hər il müsbət illik artım göstərən yeganə istehsalçı deyil, həm də tarixdə ilk dəfə olaraq dünyada birinci yerdədir”, – hesabat müəllifləri vurğulayıblar.   

Xəbər lenti