Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Şirvan sakini A.X. hamam otağında dəm qazından zəhərlənib.
O, ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.