IMG-LOGO

Ermənistanda həbsxanaya narkotik keçirmək istəyən vəkil saxlanılıb

12 Jan 2026 16:34 3 baxış
IMG

Ermənistanda "Vanadzor" cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə çalışan vəkil saxlanılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə cəzaçəkmə xidməti məlumat yayıb.

Bildirilib ki, müəssisə əməkdaşları əvvəlcədən vəkilin müdafiə etdiyi şəxsə ziyarət zamanı qadağan olunmuş maddələr verəcəyi məlumatını alıblar.

Yoxlama zamanı vəkildə içərisində səkkiz ayrı bağlama olan siqaret qutusu aşkarlanıb. İlkin ekspertiza nəticələrinə görə, aşkarlanan maddələr arasında 21,9 qram marixuana, 2,9 qram toz halında maddə və 0,8 qram ağ rəngli kristal formalı maddələr olub. Vəkil saxlanılıb və İstintaq Komitəsinə təhvil verilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti