IMG-LOGO

Şəkidə DƏHŞƏT: 26 yaşlı gənc 66 yaşlı kişini öldürdü

12 Jan 2026 16:28 4 baxış
IMG
0 0

 Şəki rayonunun İnçə kəndi ərazisində 66 yaşlı Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Lent.az xəbər verir ki, mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq  xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən S.Nəbiyev bu gün aldığı xəsarətlərdən xəstəxanada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.  

kriminal qətl

Xəbər lenti