IMG-LOGO

Rusiyada altı nəfər dəm qazından ölüb

12 Jan 2026 13:21 5 baxış
IMG

Rusiyanın Saratov vilayətinin Balakovo şəhərindəki evlərdən birində altı nəfər ölüb.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.

Müəyyən edilib ki, ölənlər 45 yaşlı qadın, 50 yaşlı kişi, onların doqquz və dörd yaşlı iki oğludur. Digərlərinin şəxsiyyəti müəyyən edilir.

"İlkin ehtimala görə, onların ölümünə səbəb evdə qaz avadanlığının işləməsi nəticəsində dəm qazından zəhərlənmə ola bilər", - qurumdan bildirilib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Xəbər lenti