IMG-LOGO

"Aston Villa"nın futbolçusu İtaliya klubuna transfer olunacaq

12 Jan 2026 13:50 4 baxış
IMG

İngiltərənin "Aston Villa" klubunun hücumçusu Doniell Malen yaxın vaxtlarda İtaliyanın "Roma" klubuna transfer olunacaq.

"Report" xəbər verir ki, bu barədə "Il Romanista" nəşri məlumat yayıb.

Klublar 26 yaşlı niderlandlı oyunçunun təxminən 27 milyon avroya satınalma hüququ ilə icarəyə verilməsi barədə razılığa gəliblər.

Hazırda transferin reallaşması futbolçunun qərarından asılıdır. Niderlandlı forvardın Roma təmsilçisinə keçməyə müsbət yanaşdığı bildirilir.

D.Malen bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti