İsveçrə kimi ənənəvi vasitəçilər və ABŞ Prezidentinin nümayəndəsi vasitəsilə Tehranla Vaşinqton arasında əlaqə kanalları açıq olaraq qalır.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında bildirib.
"Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi - red.) ilə ABŞ Prezidentinin nümayəndəsi arasında əlaqə kanalı açıqdır və lazım gəldikdə, bu kanal vasitəsilə zəruri məlumatlar ötürülür", - o deyib.