Numeroloqlar bildirirlər ki, müəyyən tarixlərdə doğulan insanlar başqalarını sakitləşdirmək, dəstək olmaq və tam etibar mühiti yaratmaq kimi nadir bir qabiliyyətə sahib olurlar. Onların varlığı çox vaxt rahatlıq, istilik və emosional təhlükəsizlik hissi yaradır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, məşhur sufi şairi Ruminin sözlərinə görə, “Yara işığın içinə girdiyi yerdir”.
Numeroloqlar hesab edirlər ki, məhz insanın öz ağrılı təcrübəsini empatiyaya çevirmək bacarığı onu ətrafdakılar üçün bu qədər rahat və cəlbedici edir.
Onların fikrincə, dörd doğum tarixi xüsusilə seçilir. Bu günlərdə dünyaya gələn insanların qayğı, sabitlik və daxili işıq “yaydığı” iddia olunur.
Ayın 3-də doğulanlar - pozitiv filosoflarAyın 3-də doğulanlar isti enerjiyə və təbii optimizmə malik olurlar. Mütəxəssislər onları “ən çətin vəziyyətləri belə yüngülləşdirməyə çalışan insanlar” kimi təsvir edirlər. Yupiterin təsiri bu insanlara yumor hissi və imkanları görmək bacarığı bəxş edir. Bu səbəbdən onların yanında olmaq daha rahat və sakitdir.
Ayın 11-də doğulanlar - intuitiv şəfa verənlərEkspertlərin sözlərinə görə, ayın 11-də doğulan insanlar qarşısındakının daxili vəziyyətini sözsüz hiss edə bilirlər. Astroloqlar bildirir ki, “onlar elə bir mühit yaradırlar ki, insan sadəcə nəfəs ala və özü ola bilir”. Ayın təsiri altında olduqları üçün bu şəxslər yüksək həssaslıq və emosional zəka ilə seçilirlər.
Ayın 18-də doğulanlar - qoruyucularAyın 18-də doğulanlar Marsın gücünü humanist 9 rəqəmi ilə birləşdirirlər. Onlar açıq sözlü, dürüst və zəifləri qorumaq istəyən insanlardır. Praktiklərin fikrincə, “onların cəsarəti insana sakitlik verir. Belə insanların yanında xəyanət qorxusu olmur”.
Ayın 24-də doğulanlar - qayğı maqnitləriMütəxəssislər ayın 24-də doğulanları son dərəcə zərif və sadiq insanlar kimi xarakterizə edirlər. Veneranın enerjisi onları istilik və bağlılıq mənbəyinə çevirir.
“Onların yanında insan özünü dəyərli və lazım olan biri kimi hiss edir, bu, çox nadir bir qabiliyyətdir”, - ekspertlər vurğulayırlar.
Qeyd edək ki, bu yanaşmalar elmi deyil və daha çox numerologiya və mənəvi inanclara əsaslanır. Bununla belə, bir çox insan bu xüsusiyyətlərin real həyatda müşahidə olunduğunu düşünür.
numerologiya