Azərbaycanın futzal millisinin qarşısına qoyulan əsas məqsəd dünya çempionatının seçmə mərhələ oyunlarına yaxşı hazırlaşmaqdır.
Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Yevgeni Kukseviç deyib.
O, qarşıda bir sıra vəzifələrin durduğunu söyləyib:
"Qarşımda komandanın gəncləşdirilməsi, perspektivli oyunçuların baxışdan keçirilməsi və vətənpərvərlik atmosferinin formalaşdırılması kimi vəzifələr dayanıb. Təlim-məşq toplanışına yanvarın 18-də başlamağı planlaşdırırıq. Hazırlıq çərçivəsində 4 məşqimiz, ayın 22-si və 24-də isə yoxlama oyunlarımız olacaq. Danimarka millisinin təhlili də daxil olmaqla, texniki-taktiki hazırlıqlar üçün kifayət qədər video-materialdan istifadə edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi Danimarka yığması ilə yanvarın 22-si və 24-də Bakı İdman Sarayında münasibətləri aydınlaşdıracaq.