IMG-LOGO

Azərbaycan millisinin baş məşqçisi: "Mənim üçün şəxsi təcrübə çox önəmlidir"

12 Jan 2026 11:29 4 baxış
IMG

Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyubov üçün şəxsi təcrübə çox önəmlidir.

"Report" xəbər verir ki, mütəxəssis bunu jurnalistlərə açıqlamasında deyib.

O, komandanın təlim-məşq toplanışı haqqında fikirlərini bölüşüb:

"Bizim üçün çox önəmli bir toplanışdır. Oyunçularla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yarandı. Əksəriyyətini izləyirdik, amma şəxsi təcrübə fərqli olur".

Baş məşqçi xarici klublardan gələn futbolçuları çoxdan izlədiklərini bildirib:

"Onlarla bağlı bütün lazımi məlumatlar bizdə var. Yenə də şəxsi təcrübə çox vacibdir bizim üçün. Bu futbolçulara yaxından baxmaq lazımdır.. Onların səviyyəsindən şübhəmiz yoxdur, çünki yaxşı klublarda çıxış edirlər. Demək olar ki, bütün oyunlarına baxmışıq. Elias U-19 liqasında oynayır, bəzən U-21-ə cəlb olunur. Raul artıq U-17 liqasında çıxış edir. Axırıncı oyunlarından razı qaldıq və düşündük ki, bu toplanış onları meydanda görmək üçün yaxşı bir fürsətdir".

O, heyətdəki dəyişikliklərdən danışıb:

"Cəmi bir dəyişiklik olub. Düşündük ki, Emin Rüstəmovun indiki halda klubunda qalması onun da, bizim üçün də daha önəmlidir".

O, komandanın oyun fəlsəfəsinə toxunub:

"Kiminsə sistemini köçürmək çətindir. Hər bir məşqçi fərqlidir. Əsas məqsəd odur ki, oyunçuların müsbət xüsusiyyətlərindən meydanda maksimum və effektli istifadə edək. Sistem 4-4-2 də ola bilər, 5-4-1 də, amma bu çox da önəmli deyil. Əsas prinsiplər və oyunçuların keyfiyyətidir".

R.Eyubov Qara Qarayevin U-21-ə təyinatına münasibət bildirib:

"İlk növbədə Qaranı təbrik etmək istəyirəm. Çox yaxşı karyerası olub. Ölkədə belə karyeraya malik cəmi 3-4 oyunçu var. İnanıram ki, Qara Qarayev həm məşqçi, həm insan kimi bizə uğur gətirəcək".

Qeyd edək ki, U-21 yanvarın 17-dək Bakıda hazırlıq keçəcək.

Xəbər lenti