IMG-LOGO

"Fiorentina"nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib

12 Jan 2026 10:35 49 baxış
IMG

İtaliyanın "Fiorentina" klubunun futbolçusu Pablo Mari karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"Report" xəbər verir ki, "Əl-Hilal" 32 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.

İspaniyalı oyunçu 2025-ci ilin yanvarında Florensiya təmsilçisinə keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 16 matça çıxıb.

Qeyd edək ki, Pablo Mari İngiltərədə "Arsenal", "Mançester Siti" kimi klubların formasını geyinib.

Xəbər lenti