İngiltərənin "Mançester Yunayted" klubu 44 ildən sonra antirekordunu təkrarlayıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, bu, "qırmızı-şeytanlar"ın ölkə kubokunda "Brayton"a uduzması (1:2) ilə reallaşıb.
Komanda 1981/1982 mövsümündən sonra ilk dəfə həm Liqa Kubokunda, həm də FA Kubokunun birinci turunda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Mançester Yunayted" daha əvvəl Liqa Kubokunda "Qrimsbi Taun"a əsas vaxtı 2:2 bitən görüşün penaltilər seriyasında (11:12) məğlub olub.