IMG-LOGO

Türkiyədə FETÖ əməliyyatı: daha 81 nəfər saxlanılıb

12 Jan 2026 10:01 3 baxış
IMG

Bu gün səhər İstanbul, Ankara, İzmir, Diyarbəkir və Balıkesir mərkəzli ərazilərdə FETÖ ilə mübarizə çərçivəsində aparılan əməliyyat nəticəsində 81 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O qeyd edib ki, saxlanılanlar arasında fəaliyyətdə olan dövlət qulluqçuları da var.

"Millətimizin birlik və həmrəyliyinə, dövlətimizin bütövlüyünə, vətəndaşlarımızın rifahına qəsd edənlərə qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk. Bu əməliyyatda əməyi keçən hər kəsi təbrik edirəm", - deyə nazir vurğulayıb.

Xəbər lenti