IMG-LOGO

Fernandesin "X" hesabını ələ keçirən hakerlər Ronaldu barədə "insayd" paylaşıblar

12 Jan 2026 08:07 3 baxış
IMG

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandesin "X" sosial şəbəkəsindəki rəsmi hesabı hakerlər tərəfindən sındırılıb.

"Report" xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Naməlum şəxslər Fernandesin hesabına giriş əldə edərək təxribat xarakterli bir sıra postlar paylaşıblar. Onlar "Mançester Yunayted"i darmadağın etməyə" çağırıblar, peşəkar darts oyunçusu Lyuk Litteri təkbətək "FIFA" (indiki "EA Sports") oynamağa dəvət ediblər, "INEOS"dan (klub rəhbərliyində təmsil olunan Britaniya şirkəti – red.) qurtulmağı" tələb ediblər və repçi KSI-a qarşı irqçi ifadə işlədiblər.

Bundan əlavə, Kriştianu Ronaldunun karyerasını bitirməsi barədə "insayd" paylaşıblar, həmçinin Brunonun kriket üzrə İngiltərə millisinə keçəcəyini anons ediblər.

Hakerlər postlar seriyasını "Liverpul"un "Mançester Yunayted"i 7:0 hesabı ilə darmadağın etdiyi məşhur matçın hesab tablosunun fotosu ilə yekunlaşdırıblar.

Daha sonra bütün bu postlar hesabdan silinib.

Xəbər lenti