Rusiyanın Murmansk vilayətinin Olenoqorsk şəhərindəki neft bazasında təxminən 80 ton neft məhsulu dağılıb.
"Report" xəbər verir ki, bu barədə region üzrə FHN-in Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"2026-cı il yanvarın 11-i axşam saatlarında Murmansk vilayəti üzrə Rusiya FHN-in Baş İdarəsinə Olenoqorsk şəhərində neft məhsullarının dağılması barədə məlumat daxil olub. Neft bazasının ərazisində benzinin saxlandığı rezervuarla bağlı boru kəmərinin hermetikliyi pozulub. Nəticədə ərazidə təxminən 80 ton Aİ-95 markalı benzin axıb", – deyə məlumatda qeyd olunur.
Qurumun məlumatına görə, yanacağın verilməsi operativ şəkildə dayandırılıb, neft məhsulu tutucu qurğularda saxlanılır.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.