Volqoqrad vilayətinin Oktyabrski rayonunda "PUA qalıqlarının düşməsi nəticəsində" neft bazasında baş vermiş yanğın söndürülüb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a region administrasiyasından məlumat verilib.
Rəsmilər bildiriblər ki, 11 yanvar saat 14:03-də açıq yanğın söndürülüb.
"11 yanvar saat 14:03-də açıq yanğın tamamilə söndürüldü", – deyə rəsmilər bildiriblər.
Xatırladaq ki, 10 yanvar tarixində vilayət administrasiyasının "Telegram" kanalında qubernator Andrey Boçarova istinadla Oktyabrski rayonunda "PUA qalıqlarının düşməsi nəticəsində" neft bazasında yanğın baş verdiyi məlumatı paylaşılmışdı.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Volqoqrad vilayətindəki "Jutovskaya" neft bazasına Ukrayna hərbçilərinin hücum etdiyini təsdiqləyib. "Hədəf vurulub, dəymiş ziyanın miqyası dəqiqləşdirilir", - məlumatda qeyd olunub.