IMG-LOGO

İstanbul və bir neçə vilayətdə güclü qar səbəbindən məktəblərdə tətil elan edilib

11 Jan 2026 20:55 3 baxış
IMG

Türkiyənin bir neçə vilayətində qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə tətil elan edilib.

"Report" xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb.

Qeyd olunub ki, İstanbulda gözlənilən güclü qar yağışına görə yanvarın 12-si məktəblərdə qeyri-dərs günü elan olunub.

Kahramanmaraş və Sivasda da analoji səbəbə görə bir gün dərs olmayacaq. Tunceli vilayətində isə məktəb və universitetlərdə yanvarın 12-si və 13-ü qeyri-dərs günü olacaq.

Xəbər lenti