Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
"Report"un məlumatına görə, matç "Bank Respublika Arena"da keçirilib.
Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.