IMG-LOGO

"Bavariya" 16 yaşlı futbolçunu heyətinə qatmaq istəyir

11 Jan 2026 14:02 7 baxış
IMG

"Herta"nın futbolçusu Kennet Ayxqorn Almaniyada klubunu dəyişə bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Bavariya" 16 yaşlı müdafiəçi ilə maraqlanır.

Münhen təmsilçisi istedadlı oyunçu üçün 12 milyon avro ödəməyə hazırdır.

Xatırladaq ki, Kennet Ayxqornu Avropanın aparıcı klubları da heyətinə qatmaq istəyir.

Xəbər lenti