Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
"Report"un məlumatına görə, matç "Bank Respublika Arena"da keçiriləcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.