İngiltərə Kubokunun 2025/26-cı illər mövsümünün "Çarlton" və "Çelsi" komandaları arasında keçirilən üçüncü raund matçı başa çatıb. Komandalar İngiltərənin London şəhərindəki "Velli" stadionunda oynayıblar.
"Report"un məlumatına görə, İngiltərə Premyer Premyer Liqa klubunun oyunçuları 5-1 hesablı qələbələrini qeyd ediblər.
Hesabı 45+4-cü dəqiqədə müdafiəçi Yorrel Hato açıb. 50-ci dəqiqədə müdafiəçi Tosin Adarabioyo "mavilər"in hesabdakı üstünlüyünü ikiqat artırıb. Matçın 57-ci dəqiqəsində "Çarlton"un yarımmüdafiəçisi Maylz Libern komandasının hesabdakı fərqini azaldıb. 62-ci dəqiqədə hücumçu Mark Quiu "Çelsi"nin üçüncü qolunu vurub. 90-cı dəqiqədə cinah oyunçusu Pedro Neto hesabdakı fərqi daha da artırıb. Qarşılaşmanın 90+4-cü dəqiqədə yarımmüdafiəçi Enzo Fernandes penalti ilə yekun hesabı müəyyənləşdirib: - 5:1.
Beləliklə, Liam Roseniorun komandası İngiltərə Kubokunun növbəti raunduna vəsiqə qazanıb. "Çarlton" yarışda çıxışına son qoyub. Komanda hazırda Çempionşipdə 19-cu yerdədir.