IMG-LOGO

Səid Cəlili: Düşmən daxili iğtişaşlarla İran xalqından qisas almaq istəyir

11 Jan 2026 02:16 5 baxış
IMG

Düşmən tərəfinin son hərəkətləri mənə Pəhləvi rejiminin və onların tərəfdarlarının mübarizə üsullarını xatırladır.

"Report" İran mediasına istinadən xəbər verir ki, bunu İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili deyib.

"Düşmənlər 3 yaşlı uşağın və ya son ana qədər xidmət edən həmin tibb bacısının şəhid olması ilə öz məkrli məqsədlərinə çatmağa çalışırlar və iddia edirlər ki, İran xalqını müdafiə etmək istəyirlər" , - S.Cəlili bildirib.

Onun fikrincə, İranın düşmənləri 12 günlük müharibədə məğlub olanda etiraf ediblər ki, İslam Respublikasının əhalisi onların planlarını pozub.

"İğtişaşçıların davranışı bunun davamıdır və düşmən xalqdan intiqam almaq istəyir" , - o vurğulayıb.

Qeyd edək ki, Səid Cəlili Milli Təhlükəsizlik Şurasının keçmiş sədri olub. O, İranın mərhum Prezidenti İbrahim Rəisinin dövründə də Təhlükəsizlik Şurasında Xameneinin nümayəndəsi olub və ali rəhbərin yaxın silahdaşlarından biri sayılır. İranda keçirilən son prezident seçkilərində də hazırkı lider Məsud Pezeşkianın əsas rəqibi olub.

Xəbər lenti