IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir?

10 Jan 2026 23:42 8 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, buraxılışda Əməkdar mədəniyyət işçisi Asya Şirəliyeva Qərbi Azərbaycan xalçaları haqqında danışıb.

O bildirib ki, Qərbi Azərbaycanda toxunan xalçalar, sənətkarlıq xəritəsi böyük türk izinin daşıyıcısıdır: "Bu xalçalar Ağbabadan Zəngəzuradək sənət yaddaşını yaşadır. Xalça ilmələrində gizlənən türk kosmoqoniyası, eləcə də xalça üzərində dünya modeli, rəng palitrası və təbiətin estetik kodları görünür".

A.Şirəliyeva İrəvan xalçalarının nə ilə fərqlənməsi, "erməni xalçası" kimi təqdim olunması, Göyçə xalçalarında su, göl və mifoloji simvolların sirri, Zəngəzur xalçalarında dağların ruhunun necə yaşaması ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: İrəvan xalçaları nə ilə fərqlənir və niyə bu qədər dəyərlidir?

Xəbər lenti