Yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudada zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.