IMG-LOGO

"Araz-Naxçıvan" yoxlama oyununda 7 qol vurub

10 Jan 2026 17:35 16 baxış
IMG

Hazırlıq prosesini davam etdirən "Araz-Naxçıvan" komandası yoxlama oyununda 7 qol vurub.

"Report" xəbər verir ki, Naxçıvan təmsilçisinin əsas komandası əvəzedici heyətlə qarşılaşıb.

Görüş əsas komandanın 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen əvəzedicilərin qapısından keçiriblər.

Xəbər lenti