Dardanel boğazında gəmiçilik qasırğa səbəbi ilə müvəqqəti olaraq dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Dardanel boğazında gəmilərin hərəkəti yerli vaxtla 12:45-dən (Bakı vaxtı ilə 13:45) etibarən hava şəraiti yaxşılaşana qədər hər iki istiqamətdə dayandırılıb", - məlumatda bildirilib.
Əlverişsiz hava səbəbi ilə bu gün axşamadək boğazdakı gəmi marşrutlarının çoxu dayandırılıb.
Mərmərə dənizi bölgəsində bu gün üçün sarı hava təhlükəsi elan edilib. Sinoptiklər saatda 60-90 km-ə çata biləcək qasırğa və güclü yağış, o cümlədən İstanbulda güclü yağış barədə xəbərdarlıq ediblər.