IMG-LOGO

"Mançester Yunayted"in futbolçusu Çempionşip təmsilçisinin hədəfindədir

10 Jan 2026 13:19 4 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Tobi Kolliyer Çempionşip təmsilçisi "Hall Siti"nin hədəfindədir.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, aşağı dəstə klubu 22 yaşlı ingiltərəli oyunçunu icarəyə götürmək üçün qarşı tərəfə rəsmi sorğu göndərib.

Lakin "qırmızı şeytanlar" hələlik bu təklifə cavab verməyiblər. Buna səbəb Mançester təmsilçisinin yeni baş məşqçi təyinatını gözləməsidir. Danışıqlar yeni mütəxəssis bəlli olana qədər təxirə salınıb.

T.Kolliyer mövsümün ilk yarısını icarə əsasında Premyer Liqanın digər təmsilçisi "Vest Bromviç"də keçirib və burada meydana çıxdığı 12 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Mançester Yunayted" yanvarın 5-də Ruben Amorimin baş məşqçi postundan getdiyini elan edib. Hazırda komanda İngiltərə Premyer Liqasında 21 turdan sonra 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər lenti