IMG-LOGO

"Arsenal"ın yarımmüdafiəçisi sürücülük hüququndan məhrum olunub

10 Jan 2026 13:44 5 baxış
IMG

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum olunub.

"Report" "Daily mail"ə istinadən xəbər verir ki, buna 26 yaşlı futbolçunun bir həftə ərzində eyni yolda iki dəfə sürət həddini aşması səbəb olub.

İngiltərə millisinin üzvü yanvarın 3-də Londonun şimalındakı malikanəsinin yaxınlığında, saatda 48 km sürət məhdudiyyəti olan zonada "Land Rover" markalı avtomobilini 60 km/saat sürətlə idarə edib.

Yanvarın 8-də isə eyni ərazidə sürət həddi 64 km/saat olan yolda 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.

Məhkəmənin qərarı ilə futbolçu sürücülük hüququndan məhrum edilməklə yanaşı, 2185 funt-sterlinq (təxminən 4980 manat) məbləğində cərimələnib.

Xəbər lenti