IMG-LOGO

Azərbaycan millisinin baş məşqçisi: "Tbilisidə keçirilən yarış bizim üçün mühüm xarakter daşıyır"

10 Jan 2026 12:18 4 baxış
IMG

Tbilisidə keçirilən "Karate 1 – Premier League" yarışı Azərbaycan yığması üçün mühüm sınaq xarakteri daşıyır.

Bunu "Report"un yerli bürosuna açıqlamasında yığmanın baş məşqçisi Anar Allahverdiyev deyib.

O, Gürcüstanda təşkil olunan turnirin Azərbaycan yığması üçün mühüm sınaq xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, 6–8 fevralda Kiprin Limassol şəhərində 14–20 yaş kateqoriyası üzrə yeniyetmə və gənclərdən ibarət komandaların Avropa birinciliyi keçiriləcək. Tbilisidəki yarış məhz həmin mötəbər turnirə hazırlıq mərhələsi kimi qiymətləndirilir. Azərbaycan sözügedən yarışda da təmsil olunacaq.

Yarış günlərində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız idmançılara dəstək məqsədilə arenaya gəlirlər. Bu, Azərbaycan karateçilərinin beynəlxalq arenada daha inamlı çıxış etməsinə töhfə verir.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) rəsmi təqviminə daxil olan və reytinq xalları verən bu nüfuzlu yarışda 60-dan çox ölkənin idmançıları iştirak edir. Azərbaycan 20 karateçi və iki məşqçi ilə təmsil olunur.

Xəbər lenti