Yunan-Roma güləşçisi Murad Əhmədiyev finalda qardaşı Məhəmməd Əhmədiyevə qalib gələrək Azərbaycan çempionu olduğu üçün çox sevinir.
97 kq çəki dərəcəsində qızıl medal qazanan idmançı bu barədə "Report"a açıqlama verib.
O, qardaşı ilə həlledici görüşdə üz-üzə gəldiyi üçün sevindiyini deyib:
"Finalda qardaşımla güləşdim. Onun da bu raundadək irəliləyəcəyini gözləyirdim. Şükürlər olsun ki, belə də oldu".
Azərbaycan çempionu yarışın onun üçün yaxşı keçdiyini vurğulayıb:
"Güclü rəqiblərim var idi. Buna baxmayaraq, qalib gəldim. Çox sevinirəm. Yaxşı idmançılarla üz-üzə gəldim. Bu il keçiriləcək beynəlxalq yarışlara hazırlaşmaq lazımdır. Xorvatiyada reytinq turniri olacaq. Məqsədim bu yarışa yaxşı hazırlaşmaqdır. Həmin turnirdə də qalib gəlmək istəyirəm. Sonra isə böyüklər arasında Avropa çempionatında sözümü deməyi düşünürəm".
Qeyd edək ki, "Neftçi" klubunun üzvü olan M.Əhmədiyev 97 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.